Ağdaş rayonunda ikiyaşlı qız hündürlükdən yıxılıb.
Xeber.Biz-in məlumatına görə, hadisə rayonun Nehrəxəlil kəndində baş verib.
Kənd sakini, 2023-cü il təvəllüdlü M.Musayeva yaşadığı evdə hündürlükdən yıxılıb. Azyaşlı ağır travmalarla xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağırdır.













