Naxçıvan Muxtar Respublikasının keçmiş fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev vəfat edib.
Xeber.Biz Gunxeber.Az-a istinadla xəbər verir ki, 63 yaşlı general bir müddət əvvəl infarkt keçirib.
Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Ş. Abdullayev 2023-cü ildə vəzifəsindən azad olunub.














