Röya və Elçindən sürpriz duet – Yeni mahnı gündəm oldu

Elçin Cəfərov və Xalq artisti Röya Ayxan yeni layihə təqdim etməyə hazırlaşır.

Xeber.Biz məlumat verir ki, Elçinin bir müddətdir üzərində çalışdığı yeni mahnısını Xalq artisti Röya Ayxan ilə duet şəklində hazırlayıb .

Layihə ilə bağlı detallı məlumat verilməsə də, mahnı yaxın vaxtlarda kliplə birlikdə dinləyicilərə təqdim olunacaq. Elçin Cəfərov ilə Xalq artisti Röyanın bu layihədə bir araya gəlməsi pərəstişkarları həyəcanlandırıb. Yeni duet musiqisevərlər tərəfindən maraqla gözlənilir.

Qeyd edək ki, mahnı daha yayımlanmadan sosial mediada viral olub.