Müğənni Mina XEBER.BİZ – ə illərlə özünə qarşı olan maneələr, haqsızlıqlardan da söz açıb
“Əgər şou-biznes qaydalarını mən yazası olsaydım, mütləq ki, sənətin dürüstlüyü ön planda olardı. Yeni aktyor və müğənnilərə yol açmaq lazımdır. Çatışmazlıqlar da var. Peşəkar etika və dəstək mədəniyyəti haqsız rəqabətdən daha vacibdir. Düzgün olmayan isə tez-tez gündəmdə qalmaq üçün səviyyədən aşağı üsulların işlədilməsi, həm də qadın sənətçilərin daha sərt tənqid olunmasıdır. Bu, ikrah doğurur.
Etiraf edim ki, zaman – zaman məni də incidən şeylər olub. Həmişə bir ifaçı olaraq, məni incidən, haqsız şərhlər, təhqirlər almışam. Sözsüz ki, bu kimi xoşagəlməz hallar hər bir sənətçinin yaradıcılığını çətinləşdirir. Amma yalan deməyəcəm. Mina Hüseyn möhkəm qızdır. Mənə qarşı duran hər maneə, əksinə, mənə daha güclü olmaq üçün səbəb verdi bu illər ərzində”.


















