Bakıda maşinist qatar idarə edərkən öldü
İlkin məlumata görə, hadisə dünən “Avtovağzal” metro stansiyasında baş verib.

Xəbər.Biz Oxu.Aza istinadən xəbər verir bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov açıqlama verib.
Onun sözlərinə görə, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım çağırılıb.
Qurum rəsmisi bildirib ki, aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib:
“Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansı bir problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparırlar”.