MobTop.az
MobTop.az


Miri Yusif videosu ilə şantaj olundu - Prodüserindən AÇIQLAMA


Miri Yusif videosu ilə şantaj olundu - Prodüserindən AÇIQLAMA

Xalq artisti Miri Yusifin prodüseri, teleaparıcı Emin Əfəndi sənətçinin hədələnməsi ilə bağlı xəbərə aydınlıq gətirib.

Xeber.Biz Oxu.Az istinadən xəbər verir ki, E.Əfəndi bu barədə sosial şəbəkə hesabında yazıb:

"Doğrudur, yanvarın 19-u mənə qarşı bu cür xoşagəlməz bir hal yaşandı və dərhal aidiyyəti orqanlara müraciət etdim. Qeyd etmək istəyirəm ki, xəbərdə göstərilən kimi heç bir maliyyə ödənişi etməmişik. Sadəcə, məsələnin hüquqi müstəvidə həlli üçün lazımi addımları atmışıq.

Son vaxtlar bu cür kibercinayətlər adi hala çevrilib və təəssüf ki, bir çox insan bu vəziyyətlə üzləşə bilər. Bu da ölkəmizdə daha ciddi maarifləndirmə işlərinin aparılmasını tələb edir".

09:48

Xalq artisti Miri Yusifin prodüseri, teleaparıcı Emin Əfəndi təhdid edilib.

Oxu.Az-ın məlumatına görə, yanvarın 19-u naməlum şəxs "WhatsApp" vasitəsilə teleaparıcıya mesaj yazaraq prodüseri olduğu Miri Yusifin videolarını yayacağı ilə bağlı hədələyib.

O, bunu etməməsinin müqabilində 1000 manat pul tələb edərək alıb.

Məsələ ilə bağlı araşdırma aparılır.

https://sentimental-glad.com/dBm/F.zGdEG/NCvdZzGWUf/SermV9/uLZ/UmlIk-PUTsY/wsMkjsMCxwOKTpE-tsNXjOAKyPMYzOEo5AMAi-ZWs/atWf1FprdEDL0FxO
MobTop.az
Etiketler:


Bir Yorum Yaz




Bu site çerez kullanıyor. Siteye göz atmaya devam ederek çerezleri kullanmamızı kabul etmiş oluyorsunuz. Şartlar ve Koşullar