MobTop.az
MobTop.az


Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ


Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ

Narkotik satışında ittiham edilən tiktoker Zeynəb ən-Nəiminin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Xeber.Biz APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

 

Dövlət ittihamçısı çıxış edərək Zeynəb Ən-Nəiminin 7 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

 

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

 

Proses 23 yanvar tarixinədək təxirə salınıb.

 

Qeyd edək ki, Zeynəb ən-Nəimi polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.

https://sentimental-glad.com/dBm/F.zGdEG/NCvdZzGWUf/SermV9/uLZ/UmlIk-PUTsY/wsMkjsMCxwOKTpE-tsNXjOAKyPMYzOEo5AMAi-ZWs/atWf1FprdEDL0FxO
MobTop.az
Etiketler:


Bir Yorum Yaz




Bu site çerez kullanıyor. Siteye göz atmaya devam ederek çerezleri kullanmamızı kabul etmiş oluyorsunuz. Şartlar ve Koşullar