Biləsuvarda bədbəxt hadisə: 17 yaşlı yeniyetmə kanalda boğuldu

Biləsuvarda bədbəxt hadisə baş verib.

Xeber.Biz xəbər verir ki, Biləsuvarın Nərimankənd kəndinin sakini, 2008-ci il təvəllüdlü İqbal Quluzadə kənd ərazisindən keçən Cənub Muğan kanalının üzərində yerləşən körpüdə olan zaman çaya düşərək boğulub.

Onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.