Hicran Əyyubova – Təhsilə Həyatını Həsr Etmiş Fədakar Rəhbər

Azərbaycanın təhsil sistemi bu gün inkişafın yeni mərhələsinə qədəm qoyub. Bu inkişafın əsasını peşəsinə sadiq, gənc nəslin savadlı və vətənpərvər ruhda yetişməsinə töhfə verən müəllim və təhsil təşkilatçıları qoyur. Onlardan biri də Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecin direktoru, təcrübəli pedaqoq Hicran Əyyubovadır.

Xeber.Biz məlumat verir ki, Hicran Əyyubova uzun illərdir təhsil sahəsində çalışaraq, hər uğurun arxasında zəhmət, prinsipiallıq və məsuliyyətin dayandığını sübut edib. O, direktor vəzifəsinə təyin olunduğu ilk gündən kollecin inkişafını, tədrisin keyfiyyətinin yüksəldilməsini və tələbələr üçün əlverişli mühitin formalaşmasını prioritet hədəf seçib.

Onun rəhbərliyi ilə kollecdə sağlam əmək mühiti yaranıb, müəllim və tələbələr arasında qarşılıqlı hörmət mühiti formalaşıb. Təhsil müəssisəsinin nüfuzu artıb, valideyn və tələbələrin inamı güclənib.

Direktorun əsas diqqət yetirdiyi sahələrdən biri tədrisin keyfiyyətidir. Müasir təhsil texnologiyalarının tətbiqi, yeni fənlərin əlavə olunması, müəllimlərin peşəkarlığının artırılması bu istiqamətdə atılan addımlardandır. Tələbələrin praktiki biliklərə yiyələnməsi üçün müxtəlif müəssisələrlə əməkdaşlıq əlaqələri də qurulub.

Hicran Əyyubova üçün əsas məqsədlərdən biri gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişməsidir. Onun üçün hər bir tələbə Azərbaycanın gələcəyidir. Bu səbəbdən təhsil ilə yanaşı, ictimai fəallığa da böyük önəm verir.

Onun təhsil sahəsində fədakar fəaliyyəti dövlətin təhsil siyasəti ilə üst-üstə düşür. Dövlət başçısı İlham Əliyevin təhsil prioritetlərini rəhbər tutaraq, fəaliyyətində əsas meyar kimi dövlət maraqlarını görür.

Bəzi saytların yaydığı əsassız iddialara baxmayaraq, Hicran Əyyubovanın pedaqoji fədakarlığı və peşəkar idarəçilik bacarığı həm kollektivin, həm də ictimaiyyətin ona olan inamını daha da gücləndirir.

Bu gün İqtisadiyyat və Humanitar Kollec ölkənin təhsil sistemində özünəməxsus yer tutursa, bunun səbəbi Hicran Əyyubovanın əvəzsiz zəhmətidir. O, həqiqi mənada işinin peşəkarı və təhsil fədaisidir.