“Güclü Ümid, Sağlam Gələcək” – Kütləvi Könüllü Qanvermə Aksiyası

EMEDIA GROUP” Media Təşkilatının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin təşkilatçılığı,Respublika Qan Bankının dəstəyi ilə növbəti kütləvi könüllü qanvermə aksiyası keçiriləcək.Aksiya 1 noyabr tarixində, saat 13:00-dan 17:00-dək,Nizami kinoteatrında “Həmrəy olaq, Qanımızla yaşadaq” devizi altında baş tutacaq.Bu nəcib təşəbbüsün əsas məqsədi —cəmiyyətimizdə insanlıq, həmrəylik və həyat xilas etmə mədəniyyətini daha da gücləndirmək,qan donorluğu ənənəsini təşviq etmək və ehtiyacı olan xəstələrə ümid bəxş etməkdir.

🩸 Aksiyanın əsas məramı:Qan və leykoz (qan xərçəngi) xəstəliyindən əziyyət çəkən uşaqların və böyüklərin həyatına ümid olmaq;Cəmiyyətin diqqətini qan donorluğunun həyati əhəmiyyətinə yönəltmək;Gənclər arasında könüllülük və sosial məsuliyyət hissini artırmaq;Qan ehtiyatlarının təmin olunmasına real dəstək vermək;“Hər damla qan – bir həyat deməkdir” prinsipini ictimai dəyərə çevirmək.Bu humanist təşəbbüs bir daha sübut edir ki,birlikdə atılan hər addım – xilas olunan bir həyatın sevincinə çevrilir.“Güclü Ümid, Sağlam Gələcək” aksiyasıhəm qan donorluğuna yeni nəfəs gətirir,həm də xəstələr üçün yaşamaq ümidi,donorlar üçün isə mənəvi qürur yaradır.