Tanınmış kinorejissor Faiq Nağıyev və “2006-cı ildə keçirilən Azəristar ” müsabiqəsinin qalibi Nigar Əhmədzadə şou-biznesdə səs-küy yaradacaq əməkdaşlığa başlayıblar.
Xeber.Biz bildirir ki, rejissorun açıqlamasına görə, yaxın günlərdə Nigar Əhmədzadənin ifa etdiyi mahnıların klip çəkilişlərinə start veriləcək.
Bununla yanaşı, Faiq Nağıyevin hazırlıqlarını gördüyü yeni filmdə də baş rolu məhz Nigar canlandıracaq.
Gənc ifaçı əməkdaşlıqdan danışarkən maraqlı açıqlaması ilə diqqət çəkib:
“İkimiz də şir bürcüyük – Faiq 14 avqust, mən isə 16 avqustda doğulmuşam. İki şirin bir araya gəlməsi sadəcə iş birliyi deyil, böyük bir alovun doğuşudur”.
Qeyd edək ki,o alovun yalnız sənət alovu olmadığı, hər ikisinin baxışlarından açıq-aşkar hiss olunurdu…















