Azərbaycan vətəndaşı Qəhrəmanov Xanoğlan Qaytaran oğlu Rusiyada yol qəzasında həlak olub.
Xeber.biz-ın məlumatına görə, hadisə Pskov şəhərində baş verib. 1992-ci il təvəllüdlü Ucar rayon Boyat kənd sakini həmyerlisinin idarə etdiyi avtomobildə qəzaya düşərək ölüb. Maşında olan digər azərbaycanlılar ağır yaralı halda xəstəxanaya çatdırılıb.
Q.Xanoğlanın cəsədinin 2 gün sonra Vətənə gətiriləcəyi deyilir. O, doğulduğu Boyat kəndində dəfn olunacaq. (Unikal)
Xeber.bizMənbə: https://news.milli.az/incedent/1273596.html