Sumqayıtda qadını fotoları ilə şantaj edən şəxs tutulub.
Xeber.biz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev paylaşım edib.
Bildirib ki, Sumqayıtda fotoları ilə şantaj olunan qadını son anda polis qoruyub:
"Təhlükəli əməl o həddə çatıb ki, 26 yaşlı N.Kərimov 39 yaşlı qadının sosial şəbəkələrdə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib müəyyən miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirib. Ancaq qadının ondan tələb etdikcə pul verdiyini görən şəxs məbləğləri artırmağa başlayıb, dayanmayıb".
Elşad Hacıyev qeyd edib ki, hadisələrlə bağlı vətəndaşlar polisə vaxtında məlumat verməlidir:
"Vaxtında de ki, polis xilas eləsin. Çünki hər bir fakt başqa hadisəyə yox, daha ağır fəsadlara səbəb ola bilər. Xüsusilə qadınlar diqqətli olmalıdır".
Xeber.biz
WhatsApp'dan kanalımıza abunə olun!