Sumqayıtda qadını fotoları ilə şantaj etdilər 11 saat öncə Azərbaycan mədəniyyətinə ağır itki - FOTO 1 gün öncə Ancelina Coli bu ətiri vurur - FOTO 1 gün öncə Faciəvi şəkildə ölən Xanoğlanın FOTOsu 1 gün öncə 21 yaşlı Aytac itkin düşdü: Əşyaları Kürün yaxınlığında tapıldı 1 gün öncə Günün qoroskopu: Ruhunuzla danışın 3 gün öncə Ərindən ayrılan müğənni özünə 3 gün öncə Nazpəri gəlinindən danışdı - FOTO 3 gün öncə Nanə bahalı üzüyünü nümayiş etdirdi - FOTO 6 gün öncə “Toyda quru balıqla, bir yeşik gilasa oxuyurdu” – Afətdən Kəmaləyə CAVAB - VİDEO 6 gün öncə “Meyvəyə dəymə” deyən molla Namiq Qaraçuxurlunun qardaşı imiş - FOTO 6 gün öncə Bu şəxslərin əməkhaqqında yüksək ARTIM OLACAQ - Məbləğ açıqlandı 6 gün öncə 9 ballıq zəlzələ GÖZLƏNİLİR: 300 min nəfərə ölüm təhlükəsi 6 gün öncə 4 yaşlı uşaq xəstəxanada vurulan iynədən iflic olub? 6 gün öncə Bu ərazi susuz qalacaq 6 gün öncə
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ordumuzda bayram tədbirləri keçirildi - FOTOlar Xəbərlər
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Ramazan bayramı münasibəti ilə silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən Xeber.biz-a bildirilib ki, bayram tədbirlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrlərin müşayiəti ilə Dövlət Himni ifa olunub.
Tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının müdafiə nazirinin Ramazan bayramı münasibətilə təbrikini şəxsi heyətə çatdırıb. Xalqımızın taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamasından, dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan Ramazan bayramının ölkəmizin bütün suveren ərazisində təntənə ilə qeyd olunmasından danışıblar.
Bayram tədbirlərində təqdim olunan konsert proqramları şəxsi heyət tərəfindən böyük maraqla qarşılanıb. Hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib.
Silsilə tədbirlər çərçivəsində şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğıları ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.
Xeber.biz
WhatsApp'dan kanalımıza abunə olun!
Oxşar xəbərlər
Son xəbərlər
MobTop.az