Azərbaycanda bədbəxt hadisə 3 nəfər ZƏHƏRLƏNDİ

Azərbaycanda bədbəxt hadisə 3 nəfər ZƏHƏRLƏNDİ

Gədəbəydə çörək sexində bədbəxt hadisə – 3 nəfər dəm qazından zəhərlənib

XEBER.Biz bildirir ki, hadisə Gədəbəydə fəaliyyət göstərən çörəkbişirmə sexlərindən birində bədbəxt hadisə baş verib. İlkin məlumata görə, sexdə çalışan 3 nəfər dəm qazından zəhərlənib.

Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıblar. Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti kafi qiymətləndirilir və həyati təhlükələri yoxdur.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. Müvafiq qurumlar tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün araşdırmalara başlanılıb.