Peşə Təmayüllü Siniflər Layihəsində Müəllimlər Əməkhaqqı Problemi ilə Üzləşib

2019-cu ildən fəaliyyət göstərən Peşə Təmayüllü Siniflər layihəsi 2025-ci ilin əvvəlində Təhsil Tədris Mərkəzinin balansına verilib. Lakin həmin tarixdən etibarən layihədə çalışan müəllimlər əməkhaqqı problemləri ilə üzləşiblər.

Müəllim kollektivinin sözlərinə görə, aylardır maaşlarını ala bilmirlər və bu vəziyyət onların maddi vəziyyətinə ciddi təsir edib. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər edilsə də, hələlik heç bir rəsmi açıqlama və ya həll yolu təqdim olunmayıb.

Təhsil sektorundakı bu problemlə bağlı müvafiq qurumlardan izahat gözlənilir. Müəllimlər isə haqlarının ödənilməsini və vəziyyətin tezliklə həllini tələb edirlər.

Mövzunu diqqətdə saxlayacağıq.