Bərdədə 17 uşağı olan ailədə faciə baş verdi

Bərdədə 17 uşağı olan ailədə faciə baş verdi

Bərdədə ağır yol qəzası: Bir nəfər dünyasını dəyişdi, iki nəfər ağır yaralandı

Xeber.Biz bildirir ki, Bu gün Bərdə rayonunun Cəyirli kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlərlə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Qəza zamanı 01.01.2003-cü il təvəllüdlü Bərdə şəhər sakini İskəndərov Binnət Taleh oğlu aldığı xəsarətlərdən həkimə çatdırılmadan dünyasını dəyişib.

08.02.1995-ci il təvəllüdlü, Bərdə rayon Cəyirli kənd sakini Allahverdizadə Elmir Nəcəf oğlu isə ağır aqonal vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib və hazırda həkimlər onun həyatını xilas etməyə çalışırlar.

14.03.1999-cu il təvəllüdlü Bərdə şəhər sakini İskəndərov Davud Taleh oğlu isə sol təpə nahiyəsindən açıq yara alıb və Təcili tibbi yardım şöbəsində ona tibbi yardım göstərilir.

Onu da qeyd edək ki, İskəndərovlar ailəsi Azərbaycanda yeganə 17 uşaqlı ailədirlər 

Hadisənin başvermə səbəbləri araşdırılır.