Azərbaycanda 4 yaşlı uşaq iynədən ÖLDÜ

Azərbaycanda 4 yaşlı uşaq iynədən ÖLDÜ

İmişlidə 4 yaşlı uşaq infeksiyadan şoka düşərək ölüb.

Xeber.Biz APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Yalavac kəndində qeydə alınıb.

Hərarəti qalxan 4 yaşlı qıza kənd tibb məntəqəsində hərarətin düşməsi üçün antibiotik vurulub.

Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.