Azərbaycanda faciə! Gənc ana doğuşdan sonra dünyasını dəyişdi
Azərbaycanda gənc ana doğuşdan sonra ölüb

Azərbaycanda gənc ana doğuşdan sonra dünyasını dəyişdi
XEBER.Biz xəbər verir ki, fevralın 15-də Şəki Regional Perinatal Mərkəzində faciəvi hadisə baş verib. Şəkinin Zunud kənd sakini, 1998-ci il təvəllüdlü Nigar Kərəm qızı Qarayeva doğuşdan sonra dünyasını dəyişib.
Məlumata görə, gənc ananın ölümü ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Hadisənin dəqiq səbəbləri ekspertiza nəticəsində müəyyən ediləcək.
Əlavə məlumat olduqda, XEBER.Biz oxucularını məlumatlandıracaq.