Bakıda fəxri adı olan müğənni toydan qovuldu ƏYNİNƏ PALTAR GEYİN

Bakıda fəxri adı olan müğənni toydan qovuldu ƏYNİNƏ PALTAR GEYİN

Paytaxtın məşhur şadlıq saraylarından birində keçirilən toy mərasimində gözlənilməz hadisə yaşanıb. Məlumata görə, bəy öz atasını və tanınmış müğənnini məclisdən uzaqlaşdırıb.

İddiaya əsasən, hadisəyə müğənninin açıq-saçıq geyimi və bəyin atasının onunla həddindən artıq yaxın davranışı səbəb olub. Toyda atasının müğənni ilə davamlı rəqs etməsi və uzun müddət onun ətrafında olması bəyin narazılığına səbəb olub. Nəticədə, əsəbiləşən bəy hər ikisini şadlıq sarayından çıxarıb.

Hadisəyə səbəb olduğu bildirilən xanım müğənninin adı açıqlanmasa da, onun tanınmış sənətçi olduğu və fəxri ada sahib olduğu vurğulanır.

Mövzu sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bir çoxları bəyi haqlı hesab etsə də, digərləri hadisənin daha mədəni şəkildə həll olunmasının mümkün olduğunu bildiriblər.

Məsələ ilə bağlı əlavə məlumatlar əldə edildikcə oxucularımızı xəbərdar edəcəyik.