Hicaba qadağa qoyula bilər !

Fransa Senatı idman tədbirlərində hicab qadağan edən qanun layihəsini müzakirə edəcəyi barəsində məlumat yayıb.
Xeber.Biz bildirir ki, bu barədə Le Point nəşri məlumat yayıb. Onlar idman tədbirlərində hicab, burka və digər dini simvolların geyinilməsini qadağan edən qanun layihəsinə baxmağı planlaşdırıblar.
Qanun layihəsinin birinci maddəsi bütün idman tədbirlərində dini simvolların qadağan edilməsinə aid edilib. Qanun layihəsinin ikinci maddəsi idman qurğularından ibadət kimi dini məqsədlər üçün istifadəni qadağan edib. Üçüncü maddədə üzgüçülük hovuzlarında və digər ictimai çimmək yerlərində dini geyimlərin geyinilməsinin qadağan edilməsindən bəhs edilib.