Məşhur aparıcının şəkili hər kəsi təəccübləndirdi FOTO

Məşhur aparıcının şəkili hər kəsi təəccübləndirdi FOTO

Məşhur aparıcının şəkili hər kəsi təəccübləndirdi FOTO 

Xeber.Biz bildirir ki, Məşhur aparıcı Xoşqədəm Hidayətqızının illər öncə çəkilmiş bir fotosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Fotoda tanınmış jurnalistin gənclik illərindəki görüntüsü ilə indiki halı arasındakı böyük fərq diqqət çəkir.

Sosial media istifadəçiləri fotoları müqayisə edərək, aparıcının görünüşündə estetik əməliyyatların rol oynadığını bildiriblər. Bir çoxları onun üz quruluşundakı dəyişikliklərin sadəcə zamanın təsiri ilə olmadığını, estetik prosedurların bu dəyişiklikdə əsas rol oynadığını iddia edir.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı Azərbaycan mediasının tanınmış simalarından biridir. O, uzun illərdir televiziya sahəsində fəaliyyət göstərir və xüsusilə sosial problemləri işıqlandıran proqramları ilə tamaşaçılar tərəfindən izlənilir.

Bu mövzu ilə bağlı aparıcının özü hər hansı açıqlama verməsə də, sosial mediada mövzu aktiv müzakirə olunmağa davam edir.